27 C
Baku
Sunday, July 21, 2024

“Alliance Business Centre” ötən ilki mənfəət və gəlirlərini açıqladı

“Alliance Business Centre” QSC 2023-cü ili 80 764 manat mənfəətlə başa vurub. 2022-ci ildə QSC-nin mənfəəti 38 331 manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Alliance Business Centre” QSC-nin əsas əməliyyat gəlirləri 463 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə çox), satışın maya dəyəri 194 min manat (5% çox) təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 1 milyon 912 min manat, cəmi kapitalı 528 min manat, cəmi öhdəlikləri 1 milyon 385 min manat olub.

Xatırladaq ki, “Alliance Business Centre” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 394 898 manatdır və qanuni təmsilçisi Aqil Tağıyevdir.

Son xəbərlər
Digər xəbərlər