7 C
Baku
Sunday, January 12, 2025

Alma, armud və heyva ixracı Azərbaycana 60 mln. dollar qazandırıb

Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında artım davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526.3 ton alma, armud və heyva ixrac olunub.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.

Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 59 milyon 994 min 600 dollar təşkil edib. Bu meyvələrin ixracında ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 2.8% daha çox gəlir əldə olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər