Bu şəkildə gördüyünüz əsgər Şərqi Almaniya ordusunda xidmət göstərən bir əsgərdir və 1961-ci ildə azyaşlı oğlana yeni yaradılan “Berlin divarını” keçməyə kömək edir.
Bu azyaşlı uşaq valideynlərindən ayrı düşərək Berlin divarının digər tərəfində qalır. Şərqi Almaniya əsgərlərinin heç kəsi qarşı tərəfə buraxmamaq əmri almalarına baxmayaraq bu əsgər qaydaları pozmaq və bu kiçicik uşağa yardım etmək qərarına gəlmişdir. Məlum olduğuna əsasən, bu anın foto şəklinin çəkilməsi zamanı komandir də bu hadisənin şahidi olmuşdur və dərhal olaraq əsgəri qaydaların pozulması səbəbindən vəzifəsindən uzaqlaşdırmışdır. Bu əsgərin və azyaşlı uşağın sonrakı taleyi isə naməlum olaraq qalmaqdadır…