Almaniyanın “Deutsche Bank”ı əməkdaşlarına “Whatsapp”, “Google Talk” və “iMessage”dan şirkət telefonlarında istifadəni qadağa edib. Bu barədə “Bloomberg” məlumat yayıb.
Buna səbəb kimi müştərilərə göndərilən məlumatların elektron poçtdan fərqli olaraq şirkətin serverlərində saxlamağın mümkün olmaması göstərilib.
Qeyd edək ki, Berkli Universitetinin tədqiqatçıları “Whatsapp”dakı sistem boşluqları nəticəsində istifadəçilərin yazışmalarının oxuna bildiyini aşkar edib.
Lent.az