25 C
Baku
Saturday, October 5, 2024

Alman biznesi Merkeldən sanksiyaları ləğv etməsini tələb edir

Nəhəng alman şirkətlərinin rəhbərləri Almaniya hökumətindən Rusiyaya qarşı sanksiyaları ləğv etməyi tələb edirlər.

Britaniyanın The Times nəşrinin verdiyi məlumatlara görə, Angela Merkel ölkənin aparıcı sənayeçiləri tərəfindən ciddi təzyiqlərə məruz qalır və bu təzyiqlər Merkel-in ölkə daxili siyasi təsirinin itirilməsinə təhlükə kimi başa düşülür.

Alman biznes rəhbərləri Merkeldən Almaniyanın Rusiyaya qarşı münasibətini yüngülləşdirməyi tələb edirlər. 2013-cü ilin nəticələrinə görə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 76,5 milyard avro təşkil edirdi. Bununla yanaşı, Rusiya ilə biznes aparan alman şirkətlərində təqribən 300 min insan çalışır.

Son xəbərlər
Digər xəbərlər