12 C
Baku
Saturday, November 23, 2024

Alman diskaunteri “Wolt”la müqavilə bağlayıb

Almanlar arasında ən populyar diskaunterlərdən biri sayılan “Penny” supermarketlər brendi bu həftə “distant” alıcılara malların çatdırılması ilə məşğul olan ən iri şirkətlə müqavilə bağlayıb.

“Wolt” sürətli çatdırma xidməti müştərilərin internet vasitəsilə aldığı malları onların evlərinə çatdıracaq. Bunu firmanın mobil əlaqəsinin köməyi ilə etmək mümkün olacaq. Pilot proqram əvvəlcə AFR-in iki şəhərində- Düsseldorf və Münhendə sınaqdan keçiriləcək.

Çatdırmalar artıq dünəndən başlayıb. Düsseldorfda 1500-2000 məhsulu əhatə edən məhdud çeşid test yoxlamasından keçirilir. Bu gündən etibarən həmin funksiya Bavariya paytaxtında da əlçatan olacaq. Tədricən digər iri şəhərlərdə də bu xidmət tətbiq ediləcək.

“Wolt” xidmətinin əməkdaşları ilk 3 ay ərzində “Penny” mağazalarında sifarişlər toplayacaqlar. Malların “Wolt” saytında qiymətlər “Penny”dəki qiymətlərlə eyni olmalıdır. Çatdırma xidmətinə görə ödəniş 1,90-2,30 avro həddində olacaqdır. Yeni təşəbbüs əlavə rahatlıqlar yaradılmasına yönəldilib. Axı bəzi insanların ərzaq almaq üçün supermarketə getmək imkanı yoxdur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər