17 C
Baku
Sunday, May 5, 2024

Alman iqtisadiyyatının sirrləri

Bu ölkənin əhalisi digər ölkələrin əhalisinə nisbətən daha az iş müddətinə sahibdirlər. Bu ölkədə həmçinin işçi qüvvəsi o qədər də məhsuldar deyil və uşaqlar qonşu ölkələrə nisbətən məktəbdə daha az vaxt sərf edirlər.

İlk baxışdan elə görünür ki, bu ölkənin iqtisadi uğurlar üçün heç bir şansı yoxdur.

Almaniya Avropanın sənaye mərkəzi və böyüklüyünə görə dünyanın ikinci ixracatçı ölkəsidir və tək bu ölkənin iqtisadiyyatı Avropadakı iqtisadi böhranı dayandırmağı bacardı. Bununla yanaşı Almaniya yeganə ölkədir ki, avronun davamlılığını təmin edə biləcək kifayət qədər resurslara malikdir.

İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrinə daxil olan 43 üzv ölkələri nəzərdən keçirsək tək Hollandiyada iş saatının Almaniyada olduğundan az olduğunu görərik. Alman uşaqları isə italyanlarla müqayisədə məktəbdə 25% az vaxt keçirirlər. Bundan başqa, Avropada iqtisadiyyatı daha məhsuldar olan 6 dövlət var və bütün bu faktlar daha çox təəccüb doğurur.

Bəs alman iqtisadiyyatını belə güclü edən nədir və digər ölkələr Almaniyadan nə öyrənə bilərlər?

Heç bir şübhə yoxdur ki, avronun qəbul edilməsi ilə Almaniya xeyli qazanc əldə etmişdir. Almaniya zəif iqtisadiyyatı ilə Cənubi Avropa İttifaqına daxil olduqda yeni valyuta təqdim olunmuşdu və bu alman markı ilə müqayisədə çox zəif idi. Bu alman ixracatına güclü təkan verdi və nəticədə bu da xarici istehlakçılara daha əlverişli idi. Lakin bu fakt Alman iqtisadiyyatının sirlərini qismən açmağa imkan verir.

Almaniyada özəl iqtisadi sektorun aşağı dərəcəli borcları eyni dərəcədə vacib amildir. Avropanın digər ölkələri ucuz kreditlərə müraciət etdikləri dövrdə alman şirkətləri və fiziki şəxslər yüksək xərclərdən uzaq dururdular.

Frankfurt Julius Baer bankının rəis müavini Devid Kolun sözlərinə görə bunun bir səbəbi də Almaniyada real faiz dərəcələrinin digər Avropa ölkələrindən fərqli olaraq stabil olaraq qalmasıdır.

Devid Kol bildirir: “Məsələn, Böyük Britaniya, İtaliya, İspaniya və Portuqaliyada inflyasiyanın yüksək olması real faiz dərəcələrinin aşağı enməsi deməkdir. Beləliklə, bu da kreditlərə müraciət etmək üçün böyük stimuldur”.

Lakin mədəni fərqlər də böyük əhəmiyyət kəsb edir. Almanlar kredit məsələsinə elə də müsbət yanaşmırlar və öz vəsaitləri çərçivəsində yaşamağa üstünlük verirlər. Digər Avropa ölkələrindəki həmkarlarından fərqli olaraq müəssisələr və istehlakçılar böhran zamanı bankların kredit verilməsini dayandırdığı zaman borc səviyyəsini endirmək üçün xərcləri azaltmağa ehtiyac duymadılar.

İslahatlar sabit və çevik əmək bazarının əsasını qoydu. Qlobal böhran zamanı Avropa və ABŞ-da işsizlik səviyyəsi ən yüksək mərhələyə çatdıqda Almaniyada işsizlik səviyyəsi nəzərə çarpmayacaq qədər az idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər