10 C
Baku
Thursday, December 12, 2024

“Alman möcüzəsi”-nin sirri

Almaniyada kiçik biznes hətta böhran zamanı da mənfəət gətirir. Mittelstand, orta təbəqə – almanlar ümumilikdə orta və kiçik biznesi belə adlanırırlar. Almaniyada üç milyondan artıq belə müəssisə var.

Bu Alman iqtisadiyyatının ancaq əsas tərkib hissəsi deyil, həmçinin orta bizneslə birlikdə onun dayaqlarından biridir. 

Bütün işləyən almanların 70%-dən çoxu kiçik və orta biznesdə məşğuldur. Mütəxəssislərin dediyinə görə belə göstəricilər nə ABŞ-da, nə Britaniyada yoxdur. Almaniyanın məcmu ÜDM-nin 46,7%-ni kiçik və orta biznesin payı təşkil edir.

Beləliklə, Almaniya iqtisadiyyatının simasını yalnız iri sənaye müəssisələri təyin etmir. Onun əsasını 9 nəfərə qədər işçisi olan kiçik müəssisələr təşkil edir. Sağlam rəqabət iqtisadi intizamı təmin edir, yeni müəssisələrin yaradılması isə insanlara iş, xəzinəyə isə gəlir verir.

Kiçik sahibkarlara dəstək ənənəvi olaraq dövlətin iqtisadi siyasətinin prioritetləri sırasındadır. Almaniyada kiçik və orta sahibkarlığın necə dəstəklənməsi, demək olar ki, bütün Avropa üçün nümunə ola bilər. Demək lazımdır ki, hələ inişilki yüzillikdə kiçik sahibkarlara qabaqdan gələn sənayeləşdirmənin qarşısında davam gətirməsi üçün Almaniyada əmanət və kooperativ bankları yaradılırdı.

Dövlət kiçik və orta biznes formalarının inkişafında real olaraq maraqlıdır. İşə başlayan biznesmenlərə kiçik yaxud orta şirkətin yaradılmasına start kapitalını almaq üçün güzəştli kreditlər verən KfW dövlət bankı yardım edir. Hər il bank kiçik və orta müəssisələrə təxminən 15,5 milyard avro kredit verir. Kommersiya riskinin yarısını dövlət öz üzərinə götürür. İşə başlayan biznesvumenlər üçün xüsusi proqramlar var. Hətta kiçik bizneslə məşğul olmaq istəyən qadınlara, onlara yeni işlə tanış olmaq üçün kömək edən xüsusi agentlik yaradılmışdır.

Almaniyanın Maliyyə nazirliyi kiçik və orta biznes sahiblərinə mütəxəssislərin peşəkar məsləhətlərini almaq, biznes-planı tərtib etmək, pulsuz  proqram təminatı paketini yükləmək və sair üçün internet-sayt yaratmışdır.

Kiçik biznesin dövlət tərəfindən dəstəklənməsi birbaşa xarakter daşıya bilər. Məsələn, subsidiyalar yaxud əlavələr şəkilində. Yaxud aşağı faiz dərəcəsində və uzun müddətə güzəştli kreditləşdirmə şəkilində (həm də ən azı birinci iki ildə müəssisə bütün ödəmələrdən azad edilir).

Yenə də üstünlük dövlət dəstəyinə deyil, biznesin sərbəstliyinə verilir. İqtisadi proseslərə “yuxarıdan” müdaxilə ancaq xüsusi sektorun buna ehtiyacı olduğu  dərəcədə baş verir. Məsələn, kiçik biznes fəaliyyət şəraitinə və ictimai tələblərə lazımi surətdə uyğunlaşmaq vəziyyətində olmadığı halda.  Yaxud iqtisadi inkişafın nöqsanları ona mane olanda.

Sənət sahəsinə dəstək üçün Alman hakimiyyəti qeyri standart tədbirlərdən istifadə edir. Misal üçün, iki il əvvəl qızğın böhran zamanı, sənətkar xidmətinə ödənişin əhəmiyyətli dərəcədə olan hissəsini vergilərdən azad etməyə imkan verən qanun qəbul edilmişdir. Təbiidir ki, istehlakçılar santexniklərin, rəngsazların, elektriklərin leqal xidmətlərindən daha həvəslə istifadə etməyə başladılar.

Alman kiçik biznesinin mövcüd olması tamamilə problemsiz olduğunu demək, açıq aşkar şişdirilmiş olardı. Xeyli problem var, Alman ölçüsü ilə desək, problem yetərincədir.   Xüsusən indiki zamanda. Bu, böhranla əlaqədar artmış, qiymət dempinqidir. Birincisi, rəqiblər qiyməti endirirlər. İkincisi, istehlakçılar da bu və ya digər xidmətlərə qiyməti endirməyə çalışırlar.

Xırda şirkətlər qarşısında kadr problemi də durur. Son illər, yeni gənc mütəxəssislərin kiçik şirkətlərə axını azalır. Gənclər sənət kimi sahələrə çox həvəssiz gedirlər.  Kiçik biznesin kreditləşməsi ilə də problem mövcuddur, bu birinci növbədə bank sisteminin böhranı ilə əlaqədardır.

Qlobal böhran əlbəttə ki, Alman “Mittelştandına” hiss edici zərbə vurmuşdur. Düzdür, banklar yaxud ixaracata yönəldilmiş iri şirkətlər kimi yox.  2009-cu ilin yanvarında Angela Merkel kiçik və orta biznesin təmsilçiləri ilə Almaniya iqtisadiyyatının bu sektorunun böhran zamanı dəstəklənməsi haqqında məsələnin müzakirə edilməsi üçün görüş keçirmişdir. Söhbət, hər şeydən başqa, kiçik və orta müəssisələrin kreditlərlə təmin edilməsi və eləcə də böhran şəraitində iş yerlərinin saxlanması haqqında gedirdi.

Dünya böhranı fonunda, Almaniyada biznesin subsidiya edilməsinə istiqamətlənmiş yeni maliyyə strukturları yaradılmışdır. O cümlədən, çox sayda kiçik müəssisələrə ağır dövrü yaşamaq üçün yardım etmiş Deutschlandfond fondu da o zaman yaradılmışdı.

Böhran dövründə ən əvvəl restoran, bərbərxana, təmir biznesini təmsil edən kiçik və orta şirkətlərə mikrokreditlərin verilməsinin (Almaniyada buna 25 min avroyadək məbləğ aiddir) sayı artdı. Kiçik və orta  sahibkarlığın həvəsləndirilməsi proqramı üzrə işləyən banklarda belə kreditlər adi kreditlərdən bir neçə dəfə aşağı faizə, illik 4-6% verilir (müqayisə üçün: Rusiyada 18-20%) .

Almaniyada kiçik və orta biznes dərin iqtisadi böhrana baxmayaraq mənfəətli hesab olunur. Nəzərə almaq lazımdır ki, Deutsche Welle xəbər verdiyi kimi, əməkdaşlarının sayı 10-dan çox olmayan şirkətlər daha müvəffəqiyyətli olmuşlar. Noyabrın ortasında Almaniyanın inkişaf bankı KfW təqdim etdiyi məruzəyə uyğun olaraq, ümumi kapitalda (şəxsi kapital ölçüsü və balans nəticəsi göstəricisindən ibarət) kiçik və orta müəssisələrin şəxsi kapital payı 2005-ci ildən 2009-cu ilədək 4 faiz bənd artaraq 26,4% təşkil etmişdir. Böhran ili olan 2009-cu ildə Almaniyanın kiçik və orta müəssisələri öz şəxsi kapital göstəricilərini orta hesabla 1%  yaxşılaşdırmışdılar. Yəni, maliyyə böhranı səbəbindən kiçik və orta müəssisələrin kredit ödəmə qabiliyyətinin pisləşməsinə söz verən bədbinlərin proqnozları öz təsdiqini tapmamışdır.

… Müharibədən sonrakı illərdə “orta təbəqənin”, bu kiçik və orta sahibkarların, sayəsində Qərbi Almaniya xarabalıqlar içərisindən qalxmışdır. Lakin “alman möcüzəsini” ancaq okeanın o tayından olan yardım deyil, iri sənaye müəssisələri deyil, sənətkarlar, çörəkçilər, dərzilər və taxtapuşçular da yaradırdılar.

Son xəbərlər
Digər xəbərlər