9 C
Baku
Friday, March 1, 2024

Alman sığorta şirkəti “Allianz” Rusiyadakı aktivlərini satıb

Almaniyanın “Allianz” sığorta şirkəti Rusiyadakı aktivlərinin satışını başa çatdırıb. Hazırda onlar yerli “İnterxoldinq” firmasına məxsusdur.

Bu barədə sığorta şirkətinin nümayəndəsi Reuters-ə bildirib.

Uzun bir razılaşdırma prosesindən sonra “Allianz” Rusiya portfelinə tam nəzarəti “Zetta Insurance Group”a satıb.

Qeyd edək ki, “Allianz” noyabr ayında müqavilənin Rusiya tənzimləyiciləri tərəfindən gecikdirildiyini açıqlamışdı.

Xatırladaq ki, “Allianz” Rusiya Ukraynanı işğal etdikdən qısa müddət sonra ölkədə yeni sifarişlər qəbul etməyi dayandırıb.

Şirkət Rusiyadakı biznesində 49,9 % payı saxlayacağını, lakin bölmənin əməliyyat fəaliyyətində iştirakını dayandıracağını bildirib. Şirkət aktivlərin satışının “Allianz”ın xalis mənfəətinin 400 milyon avro azalmasına səbəb olacağını vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər