Almaniyada, dəqiq olaraq Şvabiyada təmizlik “anadangəlmə” deyil, məcburiyyətdən olmuşdur.
Uzun müddət almanlar zibili, külü, ölmüş ev heyvanlarını, qida artıqlarını və digər bütün məişət tullantılarını hasarlarından o tərəfə və yaxud hara gəldi atırdılar. Təbii ki, bu cür davranış ətrafda antisanitariyanın hökm sürməsinə, kənd və qəsəbələrdə xəstəliklərin yayılmasına səbəb olurdu.
15-ci əsrdə bu natəmiz davranışlar Vyürtemberq qrafını təngə gətirdi və o bütün məişət tullantılarını kənddən uzaq əraziyə, üstəlikdə gecə vaxtı atmaq barədə əmrlər verdi. Lakin qraf tərəfindən verilən qaydalar tezliklə unudulurdu. Çünki hər bir insanı izləyərək tullantını atıb-atmadığını müşahidə etmək real deyildi. İnsanların yaşayış yerlərinə çoxlu sayda gözətçi təyin etmək isə kifayət qədər baha başa gələcəkdi. Belə olduqda qraf sərt və bir o qədər də hiyləgər addım atmağa məcbur olur. Bu qərardan sonra bütün Şvabiya ərazisi təmizlik və səliqə içərisində idi. Yeni qərarın mahiyyəti isə bundan ibarət idi: əgər qonşunuzun həftələrlə zibilini atmadığını görsəniz və bu haqda şəhər rəhbərliyinə xəbər verməsəniz, onunla yanaşı siz də cəzalandırılacaqsınız. Yox əgər məlumat versəniz, qonşunuzun torpağında paya sahib olursunuz. Nəticədə hər kəs qonşusunun xəbərçiliyindən ehtiyat edərək şənbə günləri yüksək səliqə nümayiş etdirərək həyətini yığışdırır və bütün tullantılarını kənddən uzaq əraziyə atmağa aparır.