10 C
Baku
Thursday, December 12, 2024

Alman uşaq çardaqda mumiya aşkar etdi

On yaşlı alman uşağı öz nənəsinin evinin çardağına qalxıb və orada qəribə qutular aşkarlamışdı. Uşağın qohumları bu əşyalarla maraqlanmırdılar və onlara qutuların içində nə olduğu maraqlı deyildi. Nəhayət ki, qohumlar qutulardan birini açırlar və orada əsl qədim Misir mumiyası aşkarlayırlar! Digər qutularda isə ölümqabağı maska və ölmüş şəxsin daxili orqanları aşkarlanmışdı. 

Kettlerlər ailəsinin fikrinə görə əmanətləri Saksoniyadan 12 il bundan əvvəl vəfat etmiş ailənin başçısı gətirə bilərdi. XX əsrin 50-ci illərində o, Şimali Afrikaya səyahət etmişdi və ehtimal edilir ki, əmanətləri oradan gətirib. Volfqanq Luts Kettler özünə qapalı biri olduğu üçün səyahətləri barəsində ailəsinə heç nə danışmırdı. Buna görə çardaqdakı qutular heç kəsin diqqətini cəlb etməmişdi. Mumiyaların həqiqi olub olmadığını hələ heç kəs deyə bilməz. Yekun nəticəni tapıntıların arxeoloqların tədqiq etməsindən sonra demək olar.

1375886699_13 1375886701_15 1375886764_14 1375886778_12

Son xəbərlər
Digər xəbərlər