27 C
Baku
Saturday, July 27, 2024

Almaniya Əfqanıstandan texnikalarını çıxarmağa başlayıb

Almaniya Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyası başa çatır, Bundesver texnika və qoşunların geri çəkilməsinə başlayır.

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Tapşırığımız başa çatıb. Bu gündən etibarən, çıxarılmaya (qoşun və texnikanın – red.) başlayırıq. Çoxməqsədli helikopterlərdən tutmuş, avtokranlara qədər hər şey Almaniyaya daşınır”, – qurumdan bildiriblər.

İlk mərhələdə 123 texnikanın çıxarılması nəzərdə tutulur. Prosesin təhlükəsizliyi KSK Xüsusi Təyinatlı Qüvvələri tərəfindən təmin edilir. Əfqanıstandakı Almaniya kontingentində əsasını hərbi təlimatçıların təşkil etdiyi 1 000-ə yaxın hərbçi var. Qoşunların geri çəkilməsinin sentyabr ayına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, dünən NATO-nun “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına başladığı barədə məlumat yayılmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər