Almaniya 2022-ci ildə koronavirusla mübarizədə yoxsul ölkələrə yardımı davam etdirməyi planlaşdırır. Belə ki, gələn il ölkə onlara COVID-19-a qarşı ən azı 75 milyon doza peyvənd vermək niyyətindədir. Bu barədə dekabrın 29-da Almaniya Federativ Respublikasının iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze məlumat verib.
Banker.az xəbər verir ki, eyni zamanda, o, belə ianələrin onların öz əhalisinin immunizasiya kampaniyasına təsir etməyəcəyini söyləyib.
Şulze vurğulayıb ki, Almaniyanın 2021-ci ildə yoxsul ölkələri 100 milyon doza ilə təmin etmək məqsədinə nail olunub.
Şulze Almaniyanın hər iki məqsədə – öz əhalisi üçün peyvənd kampaniyası hesabına yox, yoxsul ölkələrin sakinlərini koronavirusa qarşı vaksinlərlə təmin edəcəyinə əmin olduğunu bildirib.