12 C
Baku
Thursday, November 14, 2024

Almaniya 2022-ci ildən avtopilot nəqliyyat vasitələrinə icazə verəcək

Almaniya 2022-ci ilə qədər avtopilot nəqliyyat vasitələrinə ümumi yollarda hərəkət etməyə icazə verən qanun qəbul edib. Banker.az bu barədə “Vc.ru” istinadən xəbər verir. Bu, şirkətlərə ölkədə geniş miqyasda robotaksi və çatdırılma xidmətlərini inkişaf etdirməyə imkan verəcək. Hal-hazırda Almaniyada avtonom sınaqlara icazə verilsə də, pilotsuz nəqliyyat vasitələrini operator olmadan idarə etmək mümkün deyil.

“Gələcəkdə avtonom nəqliyyat vasitələri sürücünün fiziki iştirakı olmadan ölkə daxilində hərəkət edə bilməlidirlər”, – deyə qanunda bildirilir. “Argo AI” şirkəti avtonom avtomobillərini Münhen hava limanında sınaqdan keçirir.

Xatırladaq ki, keçən ilin iyun ayında şirkət Bavariya şəhərində qərargahını açıb və “Volkswagen” ilə birlikdə elektrikli furqonları sınaqdan keçirməyə başlayıb.

ABŞ-ın bəzi ştatlarında pilotsuz nəqliyyat vasitələrinin sınaqları üçün xüsusi qaydalar mövcuddur. “Nuro” – ştatlarda ümumi istifadə yollarında kommersiya fəaliyyətinə lisenziyası olan yeganə şirkətdir. Çində oxşar sınaqları “AutoX” şirkəti həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər