10 C
Baku
Thursday, December 12, 2024

Almaniya 3 ölkəni kiberhücumda ittiham etdi

Almaniya tərəfi İran, Rusiya və Çini ölkə daxilində kiber hücumlar vasitəsi ilə kəşfiyyatla məşğul olmaqda ittiham edib.

Banker.az“Reuters” agentliyinə istinadən xəbər verir ki, Almaniyanın Konstitusiyanı Mühafizə Federal Xidmətinin (Almaniya əks kəşfiyyatı) 2017-ci il üçün hesabatında göstərilib.

“Kiberməkanın istifadəsi fonunda casusluq halları dəfələrlə artıb” – Almaniya əks kəşfiyyatının hesabatında bildirilir.

 

Hesabatda Rusiya kəşfiyyatının hədəflərinin əsasən Almaniyanın Rusiyaya münasibəti və Almaniya-Türkiyə münasibətlərinin gərginləşmə səbəbləri, hərbi sahə və texniki nailiyyətlər olduğu bildirilir.

İran kəşfiyyatı isə əsasən elmi institutların serverlərin giriş əldə etməyə çalışıblar.

 

Çin kəşfiyyatının məqsədlərinin isə əsasən siyasi kəşfiyyat və Almaniya iqtisadiyyatı olduğu bildirilir.

Qeyd edək ki, Almaniya əks kəşfiyyati bundan əvvəl Çinin saxta profillərlə Budestaqın deputatları ilə əlaqəyə girməyə və onları Çinə dəvət etməyə çalışması haqda məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər