2022-ci ildən 2027-ci ilə qədər Almaniyadan Ukraynaya silah tədarükünün həcmi təxminən 17 milyard avro təşkil edəcək.
Bunu Kansler Olaf Şolts keçirdiy mətbuat konfransında bildirib.
“Biz hesablamışıq ki, müharibənin əvvəlindən təxminən 2027-ci ilə qədər, ola bilsin ki, yalnız Almaniyadan Ukrayna üçün maliyyələşdirdiyimiz silahların tədarükünə 17 milyard avro xərcləyəcəyik”.
O, Rusiyanın təcavüzkar müharibəsinin “həyatımıza təsir etməkdə davam etdiyini və hamımızı çox narahat etdiyini” vurğuladı.
Şolts bildirib ki, ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ölkə Almaniyadır, həm də hərbi baxımdan.