Almaniyanın Federal hökumətinin bu il 356,4 milyon avro vergi yığacağı planlaşdırılıb: əyalət hökumətlərinin və bələdiyyələrin toplayacaqları vergilərin məbləğini də bunun üstünə gələndə ölkədə yığılacaq verginin məbləği 806,9 milyard avroya çatır. Almaniya bu il ərzində ən çox vergini satışdan əldə etməyi proqnozlaşdırır.
Gözlənildiyinə görə, mal və xidmətlərin satışından əldə olunacaq vergilərin məbləği 95,5 milyard avro təşkil edəcək. İşləyənlərin maaşlarından tutulacaq vergilərin təxmini həcmi isə 94,3 milyard avro olacaq. Enerji, ixracat, gəlir və mənfəət vergisi də ümumi vergi daxilolmalarında əhəmiyyətli yer tutur.
Daha bir gəlir mənbəyi isə xarici avtomobillərdir: bu maşınlardan dövlət büdcəsinə 8,8 milyard avro vergi daxil olacağı proqnozlaşdırılır.