Almaniya ABŞ-ın 35 ədəd beşinci nəsil “F-35” qırıcılarının alınması üçün 10 milyard avro (10.5 milyard dollar) ayıracaq.
Bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Bildirilib ki, tədarüklər 2026-2029-cu illər üçün nəzərdə tutulub, bunun üçün Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün xüsusi fonddan 100 milyard avro məbləğində vəsait ayrılacaq.
Agentliyin məlumatına görə, Berlin həmçinin “hava-yer” raketləri və yerüstü infrastrukturu da alacaq.