Almaniya Azərbaycan iqtisadiyyatına 615 mln dollar investisiya yatırıb

İndiyədək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırılıb.

Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.

“Bu investisiyaların 96 faizi qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda, Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub”, – deyə nazir müavini bildirib.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər