Demarkasiya prosesi kifayət qədər mürəkkəbdir. Biz xəritələr barədə danışdıq.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Almaniya və Aİ hər iki ölkəni sülh yolunda dəstəkləməyə hazırdır.
“Avropa formatında müzakirə regiona uzunmüddətli sülh gətirə bilər. Növbəti görüş üçün perspektivimiz var. Biz etimadın qurulması üzərində işləyəcəyik. Qarabağ və onun ətrafında minalanmış ərazilər var. Minlərlə insan həlak olur. Bu hadisələrdən adamın ürəyi parçalanır. Bu barədə bizə məlumat verildi. Biz Azərbaycana minatəmzilənmə prosesində dəstək vermək istəyirik. Mən minalardan təmizlənmə layihəsini azərbaycanlı həmkarıma təqdim etdim. Ottava Konvensiyasının təşviqində Azərbaycanla əməkdaşlığımız vacibdir”, – deyə Berbok bildirib.
Almaniyalı nazir deyib ki, Azərbaycan erməni sakinlərin Qarabağa qayıtması ilə bağlı müsbət siqnallar verir və bu optimist olmağa səbəb yaradır.