Almaniya hökuməti əslən azərbaycanlı olan biznesmen Rza Zərrab haqqında həbs qərarı çıxarıb.
Məlumata görə, Rza Zərrabın həbsi ilə bağlı qərarın çıxarılması xahişinin İran tərəfindən edildiyi iddia olunur.
İddialara görə, rəsmi Tehran Almaniya hökumətindən Rza Zərrabın həbsini xahiş edib. O, qızıl qaçaqmalçılığına görə İranda həbs olunan gənc milyarder Babək Zəncani ilə əlbir olmaqda günahlandırılır.
Rza Zərrab Türkiyənin populyar müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.
virtualaz.org