18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Almaniya beynəlxalq səyahət məhdudiyyətlərini 14 iyuna kimi uzatdı

Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, koronavirus pandemiyası səbəbindən beynəlxalq səyahət məhdudiyyətləri 14 iyun tarixinə qədər uzadılır.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Biz bu qərarı vermək məcburiyyətində qaldıq, çünki vəziyyət demək olar ki, dəyişməyib. Əvvəl olduğu kimi, bir çox ölkələrdə giriş qadağalar və karantin tədbirləri qüvvədədir. Bununla əlaqədar olaraq, beynəlxalq səyahətə tətbiq etdiyimiz məhdudiyyəltəri iyun ayının ortalarına qədər uzatmalıyıq”, – Maas Berlində jurnalistlərə bildirib.

Nazir xatırladır ki, son dörd həftə ərzində Almaniya ölkəyə 250 min turist qaytarıb.
“Hər şey pandemiya ilə necə davranacağımızdan asılı olacaq”.

Son xəbərlər
Oxşar xəbərlər