18 C
Baku
Sunday, September 8, 2024

Almaniya bu tarixdə Ukraynaya silah verəcək

Almaniyadan hərbi yardım kimi göndərilən silahlar iyunun 22-də Ukraynaya təhvil veriləcək.

Bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bildirib.

Ukraynaya veriləcək silahların özüyeriyən artilleriya qurğuları olduğu bildirilib. Almanya bu silahlardan 7 ədədini verəcəyini açıqlamışdı.

Melnik, həmçinin vurğulayıb ki, Almaniya kansleri Olaf Şoltsun Kiyevə 2 milyard avroluq hərbi yardım göstərəcəyinə dair vədləri “yalnız bəyanatdır”.

Onun sözlərinə görə, Almaniya Ukraynaya iyulun sonunda 15 ədəd “Gepard” zenit silahları, avqust ayında da eyni sayda silahlar verəcək.

Ukraynaya veriləcək silahlar Almaniya ordusunun arsenalından tədarük ediləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər