“Ölkədəki atom elektrik stansiyaları bağlanacaq, Almaniya nüvə enerjisindən çıxacaq”.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, aprel ayında ölkədəki bütün atom elektrik stansiyaları (AES) bağlanacaq:
“Bu, Almaniyanın nüvə enerjisindən çıxışı deməkdir… Hər şey bizim qərar verdiyimiz kimi olacaq – nüvə enerjisindən çıxacağıq”.