9 C
Baku
Friday, November 29, 2024

Almaniya çip istehsalına €2 mlrd. sərmayə qoyur

Almaniya yarımkeçiricilərin inkişafı və istehsalına 2 milyard avro sərmayə qoymağa hazırlaşır, “Bloomberg” yazır. Bildirilir ki, Almaniya hökuməti bu vəsaiti yarımkeçiricilər, onlar üçün komponentlər və s. istehsalı ilə bağlı 10-15 layihə arasında bölüşdürmək niyyətindədir.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü Annika Einhorn təsdiqləyib ki, çip istehsalçılarına sənayenin “mövcud inkişaf səviyyəsini əhəmiyyətli dərəcədə aşan müasir istehsal müəssisələrinin” yaradılması üçün vəsait ayrılması planlaşdırılır. Lakin o, təfərrüatları açıqlamayıb.

Keçən il Almaniyanın bu sənayenin inkişafına 20 milyard avro sərmayə qoymağı planlaşdırdığı məlum olub. Həmin il Almaniya Amerikanın “Intel” və Tayvanın “TSMC” şirkətləri ilə müasir yarımkeçiricilərin istehsalı üçün zavodların tikintisi haqqında razılığa gəlib. Lakin bir neçə ay əvvəl məlum olub ki, hazırda çətin günlər yaşayan “Intel” bu müəssisənin tikintisini təxirə salıb.

Son xəbərlər
Digər xəbərlər