Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.
Bu barədə nazir “Süddeutschen Zeitung” qəzetinə müsahibəsində deyib.
Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu – Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.