8 C
Baku
Monday, November 18, 2024

Almaniya “Drujba”dakı zədələnmənin təxribat olmadığını bildirib

Rusiyadan Avropaya neft nəql edən “Drujba” neft kəmərindəki zədələnmə təsadüfi olub, təxribat xarakterli deyil.

Bu barədə Almaniya İqtisadiyyat Nazirliyi Polşa hakimiyyətinə əsasən məlumat yayıb.

Məlumata görə, Berlin vəziyyəti izləyir və bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayır.

Bildirilir ki, Almaniyaya neft tədarükünün etibarlılığına hələ də zəmanət verilir. Almaniyanın neft emalı zavodları Polşa və “Drujba-1” vasitəsilə xammal almağa davam edir.

Çərşənbə günü səhər saatlarında “Drujba” neft kəmərinin Polşa ərazisindəki operatoru kəmərin xətlərindən birində sızma barədə məlumat yayıb.

Boru kəməri Almaniyaya neft tədarükü üçün əsas marşrutdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər