26 C
Baku
Saturday, July 27, 2024

Almaniya dünyada aclıqla mübarizəyə €900 mln. ayıracaq

Almaniya hökuməti dünyada aclıqla mübarizəyə 880 milyon avro ayırmağa qərar verib, bu barədə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse məlumat verib. Bu, kansler Olaf Şoltsun əvvəllər vəd etdiyi məbləğdən iki dəfə çoxdur. Mart ayında o, Almaniyanın 430 milyon avro göndərəcəyini və bunun bir hissəsinin BMT-nin Ərzaq Proqramına gedəcəyini açıqlamışdı.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Nazirlər Kabinetində izah olunduğu kimi, ayrılan vəsait həm böhranın nəticələrinin aradan qaldırılması üçün qısamüddətli dəstək, həm də kənd təsərrüfatının inkişafına dəstək məqsədilə uzunmüddətli yardım üçün nəzərdə tutulub.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maximo Torero hesab edir ki, 2021-ci ildə dünyada 702 milyondan 828 milyona qədər insan aclıqla üzləşəcək. Bu il Ukraynada gedən döyüşlər səbəbindən qida çatışmazlığı problemi əlavə olaraq 13 milyon insanı təhdid edə bilər.

Son xəbərlər
Digər xəbərlər