Almaniya 2023-cü ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısında Yaponiyanı keçərək üçüncü yerə yüksəlib.
Yaponiya ÜDM-i nominal ifadədə keçən il 4.2 trilyon dollar, Almaniyanın ÜDM-i isə 4.4-4.5 milyard dollar təşkil edib.
2010-cu ilə qədər Yaponiya dünyada ABŞ-dan sonra ikinci iqtisadiyyat hesab olunurdu, lakin sonra Çin onu ötdü. Yaxın illərdə Hindistanın da eyni addımı atacağını gözləmək olar.
Analitiklər hesab edir ki, Yaponiya iqtisadiyyatı üçün əsas problemlər əmək məhsuldarlığının azalması və əhalinin qocalmasıdır, yenanın zəifləməsi də ötən il mənfi amil olub.
İmmiqrasiya işçi çatışmazlığı problemini həll etməyə kömək edə bilər, lakin Yaponiya cəmiyyəti digər ölkələrdən gələn işçilər üçün kifayət qədər qapalı olaraq qalır.