14 C
Baku
Friday, November 15, 2024

Almaniya enerji şirkətləri üçün yeni yardım paketi hazırlayır

Mövcud enerji böhranı dərinləşdikcə, Almaniya hökuməti enerji şirkətləri üçün, təqribən, 67 milyard avro dəyərində yeni yardım paketi hazırlayır.

Bu barədə “Handelsblatt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya enerji şirkətlərinin likvidliyinə zəmanət vermək və dəstək vermək üçün dövlət bank qrupu – “KfW”nin imkanlarını artırmağı planlaşdırır: “Söhbət, təqribən, 67 milyard avro məbləğində kreditin verilməsindən gedir. Almaniya Maliyyə Nazirliyi koronavirus pandemiyası zamanı İqtisadi Sabitləşmə Fonduna verilən kredit səlahiyyətlərindən istifadə etmək niyyətindədir. İndi bu fond imkanları “KfW”ni dəstəkləmək üçün istifadə olunacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər