10 C
Baku
Friday, December 13, 2024

Almaniya Gürcüstanla müdafiə sahəsində tərəfdaşlığı dayandırıb

Almaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını istəyir, lakin bunun üçün Gürcüstan standartlara cavab verməlidir.

Bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.

O, üzvlük prosesinin məhz Gürcüstan hökumətinin kursuna görə dayandırıldığını qeyd edib. Səfir Almaniyanın Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmədiyini, alman ordusunun Gürcüstanla tərəfdaşlıqda iştirakını dayandırdığını əlavə edib.

Qeyd edib ki, Berlin Gürcüstanla bağlı digər addımları nəzərdən keçirir.

Piter Fişer Almaniyanın buna qədər ABŞ ilə birlikdə Gürcüstanın ən yaxşı müdafiə tərəfdaşı olduğunu deyib.

“Biz vəziyyəti izləyirik və müvafiq qərar qəbul edəcəyik”, – Fişer bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər