26 C
Baku
Saturday, April 20, 2024

Almaniya hakimiyyəti restoranlara girişi sərtləşdirməyə razılıq verib

Omicron ştamının yayılması ilə əlaqədar Almaniya hakimiyyəti iaşə müəssisələrinə – restoranlara, pablara, barlara və kafelərə girişi sərtləşdirməyə razılıq verib.

Gələcəkdə peyvəndlərin tam kursunu tamamlayan və ya sağlam insanlar belə mənfi test nəticəsini təsdiqləyən sənəd təqdim etməli olacaqlar.

Koronavirusun yerli səviyyədə yayılma sürətindən asılı olmayaraq, “2G plus” qaydası bütün ölkə ərazisində tətbiq olunacaq.

Bu qayda peyvəndin gücləndirici dozasını vurduranlara şamil olunmayacaq. İmmunizasiyası olmayan vətəndaşlar isə ümumiyyətlə, belə imkandan məhrum olacaqlar.

Qaydanın yanvarın 15-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, cümə günü Olaf Şolz və federal əyalətlərin başçıları Almaniyada koronavirusla bağlı vəziyyəti müzakirə ediblər.

 

 

MənbəApa.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər