22 C
Baku
Friday, April 26, 2024

Almaniya HIMARS istehsalına başlamağı planlaşdırır

Almaniyanın “Raynmetall” (Rheinmetall) konserni Ukraynanın istifadə etdiyi HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərinin istehsalına başlamağı planlaşdırır.

Bunu “Raynmetall” şirkətinin baş direktoru Armin Papperger bildirib.

Onun sözlərinə görə, konsern Ukrayna qoşunlarının fəal şəkildə istifadə etdiyi HIMARS reaktiv yaylım atəş sistemlərini istehsal edən Amerika şirkəti “Lokhid Martin” (Lockheed Martin) ilə danışıqlar aparır.

“Münhen Təhlükəsizlik Konfransında biz Almaniyada HIMARS istehsalına başlamaq üçün “Lokhid Martin” ilə müqavilə bağlamağı gözləyirik”, – A. Papperger deyib.

O vurğulayıb ki, şirkət döyüş başlıqları və raket mühərrikləri, həmçinin buraxılış qurğularını yerləşdirmək üçün yük maşınları istehsal etmək texnologiyasına malikdir. Belə bir razılaşma yüz milyonlarla avroluq investisiyaları əhatə edə bilər ki, bunun da əsas hissəsinin “Raynmetall” tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər