25 C
Baku
Saturday, July 27, 2024

Almaniya ilk LNG terminallarının istifadəyə veriləcəyi tarixi açıqlayıb

Rusiyanın enerji mənbələrindən asılılığı aradan qaldırmaq üçün Almaniya ilk LNG terminallarının istifadəyə veriləcəyi tarixi açıqlayıb.

Bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

O bildirib ki, ilk iki LNG terminalı bu ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə veriləcək. “Bu il artıq iki gəmi hazırdır və 2022/23-cü ilin sonunda Vilhelmshaven və Brunsbütteldə yerləşdiriləcək”, o deyib.

İqtisadiyyat naziri deyib ki, Almaniya hökuməti ümumilikdə dörd üzən mayeləşdirilmiş təbii qaz terminalını icarəyə götürüb.

Robert Habek Rusiya təbii qazından LNG-yə keçidin belə sürətli olmasının daha əvvələ Almaniyada baş vermədiyini vurğulayıb.

Qeyd edək ki, Berlin başqa enerji mənbələri axtardığı bir zamanda Moskva boru kəməri ilə Almaniyaya çatan təbii qaz tədarükünü artıq əhəmiyyətli dərəcədə azaldıb.

 

 

Son xəbərlər
Digər xəbərlər