5 C
Baku
Saturday, December 14, 2024

Almaniya indiyədək Ukraynaya 3 mlrd. avrodan çox hərbi yardım edib

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin Ukraynaya hərbi yardımının “Leopard 2” tankları nəzərə alınmadan, 3.4 milyard avro təşkil etdiyini bildirib.

Bu barədə nazir yerli KİV-ə müsahibəsində bildirib.

“Biz martın ortalarında və ya martın sonunda təhvil veriləcək “Leopard”ları nəzərə almasaq, 3.4 milyard avro məbləğində hərbi yardım göstərmişik”, – deyə nazir bildirib.

Nazir əlavə edib ki, Kiyevə IRIS-T hava hücumundan müdafiə sistemləri də göndəriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər