16 C
Baku
Friday, April 19, 2024

Almaniya iqtisadiyyatı qışda tənəzzüllə üzləşə bilər

Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər və payızda ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə çatma ehtimalı var.

Bu fikri Almaniya Mərkəzi Bankının (“Bundesbank”) rəhbəri Yoahim Nagel “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, enerji böhranı kəskinləşəcəyi təqdirdə baş verəcək. Nagel Almaniyada inflyasiyanın 10%-i keçə biləcəyinə əmindir.

Eyni zamanda Almaniya Mərkəzi Bankının rəhbəri əlavə edib ki, Almaniya hökumətinin yüksək inflyasiyanın nəticələrini azaltmaq üçün gördüyü tədbirlər, o cümlədən benzinə endirim tədricən ləğv edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər