12 C
Baku
Monday, November 25, 2024

Almaniya İranla biznes əlaqələrini dayandırır

Almaniya hökuməti İranda insan hüquqlarının pozulması iddiası ilə əlaqədar biznesin inkişafına yönəlmiş tədbirləri dayandırmaq qərarına gəlib.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Qərar ixrac kreditləri və investisiya zəmanətlərinə, eləcə də Almaniyanın menecment üzrə təlim proqramlarına və İrandakı ticarət sərgilərinə təsir edəcək.

Qeyd edilir ki, 2021-ci ildə Almaniya-İran ticarətinin həcmi 1,76 milyard avro təşkil edib.

Son xəbərlər
Digər xəbərlər