Almaniyanın xarici işlər naziri Hayko Maas iyulun 1-dən ölkəyə giriş məhdudiyyətlərinin yumşaldığını bildirib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Qeyd edildiyi kimi, son bir həftə ərzində Almaniyada koronavirusa yoluxma əhəmiyyətli dərəcədə aşağı düşüb.
Qərar yaxın gələcəkdə Avropada peyvənd olunmuş, sağalmış və test vermiş vətəndaşların qəbulu ilə bağlı ümumi qaydaların yaradılacağı əsasında qəbul edilib.
Qeyd edək ki, 10 iyun tarixində Almaniyada rəqəmsal vaksinasiya sertifikatının tətbiqinə başlanılıb. O, peyvənd olunmuş insanlara mobil telefon vasitəsilə immuniteti təsdiq etmək imkanını verir.
8 iyunda Avropa Birliyinin bir milyondan çox sakininin rəqəmsal COVID sertifikatı aldığı bildirilib. Sənəd pulsuzdur, elektron və kağız formatlarında mövcuddur.