Almaniya kansleri Olaf Şultsla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Almaniya hökuməti məlumat yayıb.
Məlumata görə, kansler telefon danışığında Kiyev və Moskvaya səfərlərini müzakirə edib.
Şolts və Bayden danışıq zamanı Moskvanın Ukrayna ətrafındakı vəziyyətdə diplomatik səylərə hazır olması ilə bağlı bəyanatlarını alqışlayıblar.
“Ukrayna ətrafında hərbi eskalasiya riski qalmaqdadır, konstruktiv dialoqa ehtiyac var” – Almaniya hökumətinin Şolts və Bayden arasında danışıqdan sonra yaydığı bəyanatda deyilir.