Almaniya kansleri Angela Merkel Boris Consonla görüşməyi planlaşdırır

Almaniya kansleri Angela Merkel yaxın zamanda Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşməyi planlaşdırır.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Belə görüş planlaşdırılıb və bunun mənası var”, – deyə Ş. Zaybert qeyd edib.

 

O, həmçinin bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ətrafında yaranan vəziyyəti müzakirə etmək zəruridir. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər