13 C
Baku
Wednesday, May 8, 2024

Almaniya kansleri enerji qiymətlərindəki artıma hazırlaşmağa çağırıb

Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyət fonunda enerji qiymətlərinin artmasına hazırlaşmağa çağırıb.

Bu barədə AFR rəhbəri hökumətin saytında yerləşdirilmiş videomüraciətində deyib.

“Aldığımız bir çox məhsullar bahalaşıb, qida, xüsusilə enerji qiymətləri artıb. Biz bunu yanacaqdoldurma məntəqələrində müşahidə edirik, istilik haqqını ödəməli olduğumuz zaman müşahidə edirik”, – O. Şolts deyib.

Onun sözlərinə görə, qaz və soba mazutu ötən illə müqayisədə xeyli bahalaşıb. Kansler, həmçinin qeyd edib ki, Almaniya hakimiyyəti artıq bir sıra konkret tədbirlər görüb. Onların arasında ölkənin qaz anbarlarında daha çox qazın saxlanmasını təmin edən qanunlar var.

Bundan əlavə, Şolts əlavə edib ki, hökumət enerji resurslarının Almaniyaya idxalı imkanlarının şaxələndirilməsi üzərində işləyir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər