Almaniya kansleri Olaf Şolz bu gün Berlində deyib ki, NATO heç vaxt Rusiya üçün təhlükə törətməyib.
Şolz bunu Federal Kansler Aparatında keçirilən açıq qapı günündə vətəndaşların suallarını cavablandırarkən deyib .
Çavuşoğlu Quterreşlə görüşübZelenski: “Donbasda vəziyyət ağır olaraq qalır”Conson gələcəkdə Britaniyanın baş naziri postuna geri dönəcəyini gözləyir
O əlavə edib ki, NATO və ABŞ Rusiya prezidenti Vladimir Putinin yenidən silahlara nəzarət haqqında danışmağa başlamaq təklifinə müsbət cavab verib.
Şolz iddia edir ki, bu hallarla əlaqədar Ukraynada vəziyyətin indiki gərginliyi üçün heç bir real səbəb yox idi.
Eyni zamanda, kansler qeyd edib ki, o, “və bir çoxları” kimi Rusiya Prezidenti ilə danışıqlar aparıb: “Bir məqamda mən Putinə çox aydın dedim ki, siz də bilirsiniz ki, Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil”.