“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək”.
Bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə bildirib.
“Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, – o vurğulayıb.