Almaniya kansleri Olaf Şolts enerji təchizatı ilə bağlı yeni sazişlər bağlamaq üçün bu gün Körfəz ölkələrinə səfər edəcək.
Kansleri səfərdə işgüzar dairələrin nümayəndə heyəti müşayiət edəcək.
Məlumatına görə, O.Şolts nəinki mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı müqavilələr bağlamağa, həm də yeni texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir. Xüsusilə bu, ekoloji cəhətdən təmiz hidrogen istehsalına aiddir.
Kanslerin planlarına region ölkələri ilə siyasi əməkdaşlığın genişləndirilməsi də daxildir.
Şolts iki gün ərzində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfər edəcək, orada bu ölkələrin liderləri ilə görüşəcək.