Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
TASS xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
“Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”, – o bildirib.
O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.