9 C
Baku
Thursday, December 12, 2024

Almaniya “Lufthansa”ya 9 mlrd. avroluq yardım ayıracaq

Almaniya hökuməti veto haqqı verən səhm paketi və iki nəzarət şurası mandatı qarşılığında “Lufthansa” aviaşirkətinə 9 mlrd. avroluq yardım paketi ayırmağa razılaşıb.

“Reuters”in verdiyi məlumat görə, Almaniyanın nəqliyyat naziri Andreas Şoer “Lufthansa”ya maliyyə cəhətdən köməyi dəstəklədiyini, lakin aviaşirkətin çevik fəaliyyətə kəçməli olduğunu bildirib.

Qeyd edək ki, aviaşirkət COVID-19 virusunun pandemiyası fonunda demək olar ki, heç bir uçuş həyata keçirmir və dərin böhrandadır.

©APA

Son xəbərlər
Digər xəbərlər