9 C
Baku
Wednesday, November 13, 2024

Almaniya məhkəməsindən “Tesla”ya STOP

Almaniya məhkəməsi ABŞ-ın “Tesla” şirkətinin paytaxt Berlində inşa etmək istədiyi fabriklə bağlı hazırlıqların müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, məhkəmə fabrikin tikintisi üçün yüzlərlə ağacın kəsilməsinə etiraz edən ekoloji qrupları nəzərə alıb.

Xatırladaq ki, “Tesla”ın baş direktoru Elon Musk ötən ilin noyabr ayında Berlində “Gigafactory” adlı bir fabrikin qurulacağını açıqlamışdı. Bu məqsədlə 91 hektar ərazidə ağaçların kəsilməsi nəzərdə tutulurdu. Ətraf mühitin mühafizəsi qrupları meşəlik bir ərazidə qurulacaq fabrikin bölgənin təbii həyatına və su qaynaqlarına təhlükə yaratacağını iddia edir.

Hazırda “Tesla”ın ABŞ-da 2, Çində isə 1 ədəd “Gigafactory” fabriki var.

©Report

Son xəbərlər
Digər xəbərlər