6 C
Baku
Sunday, January 12, 2025

Almaniya Mərkəzi bankı

Almaniya Federal bankı (Deutsche Bundesbank) Almaniyanın mərkəzi bankı olan Reyxsbankın (Reichsbank) varisidir.

1957-ci ildə qəbul olunmuş Almaniya federal bankı haqqında qanuna əsasən (1992-ci ildə yenidən redaktə olunub) mərkəzi bank hökumətdən asılı olmayıb, müstəqil fəaliyyət göstərir. Amma onun qarşısına qoyulan məqsədləri nəzərə alaraq, o, ümumi iqtisadi siyasətin həyata keçirilməsində dövlətə dəstək göstərməlidir.

Funksiyaları

AFR-in bank fəaliyyəti haqqındakı və digər xüsusi qanunlara əsasən pul dövriyyəsinin və kreditlərin tənzimlənməsi funksiyası Bundesbankın üzərinə həvalə olunur:

  • Əməliyyatlar üzrə faiz və diskont tariflərinin (faiz dərəcələrinin) təsis edilməsi;
  • Kredit və açıq bazarlarda əməliyyat siyasətinin hazırlanması;
  • Kredit institutları üçün kreditlər üzrə ehtiyat tələblərinin təsis edilməsi, hər bir bank Bunesbank tərəfindən müəyyən edilən qaydada öz hesablarında kreditlər üzrə ehtiyatlar ayırmalıdır;
  • Federal hökumətin və federal dövlətlərin hökumətlərinin maliyyə agenti qismində xidmətlərin təqdim edilməsi. Bank onlara qanunla göstərilmiş limitlər çərçivəsində güzəştli nağd borclar verə bilər, həmçinin bu dövlət orqanları likvid vəsaitlərini Bundesbankın cari hesablarında saxlamalıdır.

Almaniya Federal bankı və Almaniyanın Maliyyə təftişi üzrə federal idarəsi Almaniyanın maliyyə tənzimlənməsini həyata keçirən orqanlardır. Bundesbankın baş-qərargahı Frankfurt-Maynda yerləşir.

Tarix

  • 1875—1945 — Almaniyanın mərkəzi emissiya bankı Reyxsbank adlanırdı.
  • 1946—1948 — Qərbi Almaniyada Reyxsbankın filialları bazasında 11 federal dövlətin hər birinin sərhədləri daxilində mərkəzi bank yaradılır;
  • 1948—1957 – emissiya bankları sisteminə Alman torpaqları (federal dövlətiləri)bankı başçılıq edir, o, əməliyyatları federal dövlətlərdəki mərkəzi banklar vasitəsi ilə həyata keçirir;
  • 1957—1990 –cı illərdə Alman torpaqları bankı ilə federal dövlətlərin mərkəzi banklarının birləşməsi nəticəsində Almaniya Federal bankı yaranır;
  • 1990—1993 — Berlin divarının götürülməsindən sonra AFR və ADR birləşir, alman markası birləşmiş Almaniyada yeganə ödəniş vasitəsinə çevrilir.
  • 1993—2001-ci illər Maastrixt Müqaviləsi şərlərinə əməl edilməsi və nəticədə Avropa vahid valyutası qismində avronun dövriyyəyə buraxılaması qərarı verilir və Avropa Mərkəzi Bankları Sistemi yaradılır.
  • 2001-ci ildə —avronun emissiyası üzrə funksiyalar Avropa Mərkəzi Bankına həvalə olunur.
Son xəbərlər
Digər xəbərlər