12 C
Baku
Wednesday, December 11, 2024

Almaniya Moldovaya 77 mln. avro yardım ayıracaq

Almaniya Moldovaya Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün 77 milyon avro ayıracaq.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Rumıniyanın paytaxtı Buxarestdə keçirilən donor konfransında bildirib.

Qeyd olunub ki, 40 milyon avro enerji xərcləri üçün subsidiya formasında veriləcək, 20 milyon avro isə enerji səmərəliliyi proqramına və bərpa olunan enerjiyə investisiyaya, həmçinin video dronlara, termal görüntüləmə avadanlığına, ərazi nəqliyyat vasitələrinə və sərhəddə pasport skanerlərinə ayrılacaq.

Qalan 17 milyon avro isə Moldovadakı ukraynalı qaçqınlara ayrılacaq.

Xatırladaq ki, maliyyə yardımını əvvəlcə Bundestaq təsdiqləməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər