16 C
Baku
Tuesday, May 14, 2024

Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

Almaniya qarşıdakı bir neçə il ərzində müdafiəyə ildə orta hesabla 70-80 milyard avro xərcləmək niyyətindədir.

Bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

“Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir”, – Şolts deyib.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da Madriddə baş tutacaq. İclasda yeni strateji konsepsiya qəbul ediləcək, alayansın gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirləri nəzərdən keçiriləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər